43cü sessiyasda Hirkan meşələri ilə bağlı nominasiya müzakirə olunur


Digərləri 05 İyl 2019 15:04:00 196 0

43cü sessiyasda Hirkan meşələri ilə bağlı nominasiya müzakirə olunur

Bakıda UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası iyulun 5-də öz işini nominasiyaların təqdimatı ilə davam etdirir.

Son.az Trend-ə istinadən xəbər verir ki, tədbiri açan sessiyanın təşkilat komitəsinin sədri, Azərbaycanın Mədəniyyət naziri Əbülfəs Qarayev müzakirə olunacaq və qəbul ediləcək nominasiyalarla bağlı məlumat verib. Bildirib ki, büronun qərarı ilə Avstraliya ilə Bəhreynin nominasiyalarının müzakirəsi iyulun 6-na keçirilib.

Sonra Avstraliya, İspaniya, Norveç, Tunis, Finlandiya, Danimarka, İsveç, Andorra, İsveçrə və digər ölkələrin nümayəndələri çıxış edərək 43-cü sessiyanın işini yüksək səviyyədə təşkil etdiyinə görə Azərbaycan hökumətinə minnətdarlıqlarını bildiriblər.

Dünya irsinin hamıya məxsus olduğunu söyləyən natiqlər qeyd ediblər ki, bu gün Bakı sessiyasında UNESKO-nun Dünya İrsi Siyahısına daxil edilmək üçün üzv dövlətlər tərəfindən təqdim olunmuş 35 namizəd fayl nəzərdən keçiriləcək. Namizədliyi irəli sürülmüş faylların 27-si mədəni, 6-sı təbiət, 2-si qarışıq (təbiət və mədəni) abidələr sırasına daxildir. Bu nominasiyalardan 15-i Avropaya, 1-i isə Afrika qitəsinə aiddir.

Çıxışlarda vurğulanıb ki, obyektiv və elmi cəhətdən əsaslandırılmış qərarlar qəbul edilməlidir.

Çıxışlarda mövcud münaqişələrin milli irsə dağıdıcı təsirinin nəzərə alınması, dünya mədəni irsinin tarazlığının qorunması istiqamətində ciddi işlər görülməsinin vacibliyi və digər fikirlər səsləndirilib.

Təqdim olunan nominasiyaların bir çoxunda səhvlər tapıldığı üçün onlar müzakirədən çıxarılıb.