Səmada ulduz partlayıb


Digərləri 05 İyl 2019 15:06:00 231 0

Səmada ulduz partlayıb

"Habbl" (Hubble) kosmik teleskopu əsrarəngiz görüntü – parlaq işıq saçan atəşfəşanlığa bənzər ifrat kütləli parlaq ulduz tərəfindən atılmalar qeydə alıb.

Bakı. "Habbl" (Hubble) kosmik teleskopu əsrarəngiz görüntü – parlaq işıq saçan atəşfəşanlığa bənzər ifrat kütləli parlaq ulduz tərəfindən atılmalar qeydə alıb. Trend-in məlumatına görə, "Eta Car" (Carinae-Onurğa) adlı bu ulduzun ilk püskürməsi 180 il bundan öncə baş vermiş və ulduz on illər ərzində gecə səmasında parlaqlığına görə ikinci ulduz olaraq qalmışdı. Lakin bu ulduz zaman keçdikcə yavaş - yavaş sönməyə doğru getmiş və onu adi gözlə çətinliklə fərqləndirmək olmuşdur. 2014-cü ildən isə parlaqlığını artıraraq adi gözlə yaxşı görünən olmuşdur. NASA-nın müraciətinə əsasən, “Habbl” bu ulduzu 25 il ərzində müşahidə edib. Astronomlar bu kosmik teleskopun "Wide Field Camera 3" kamerası ilə əvvəllər heç vaxt müşahidə etmədikləri yerlərdə qaz və bu isti qazın tərkibinə daxil olan maqnezium atomlarının ultrabənövşəyi diapozonda parlaq şüalanmasını qeydə alıblar.