Aİİ-də “Müasir alman cəmiyyətində İslama münasibət” mövzusunda seminar keçirilib (FOTO)


Digərləri 05 İyl 2019 14:53:00 198 0

Aİİ-də “Müasir alman cəmiyyətində İslama münasibət” mövzusunda seminar keçirilib (FOTO)

Aİİ-də “Müasir alman cəmiyyətində İslama münasibət” mövzusunda seminar təşkil olunub.

Bakı. Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) Azad Berlin Universitetinin məzunu, Avropa İxtisasartırma Mərkəzinin baş müəllimi Rüfət Səttarovun təqdimatında “Müasir alman cəmiyyətində İslama münasibət” mövzusunda seminar təşkil olunub. Trend-in məlumatına görə, Aİİ-nin Tədris şöbəsinin müdiri Zərifə Əliyeva seminar iştirakçılarını salamlayaraq, İnstitutun fəaliyyətə başladığı gündən təlim, tərbiyə, tədris işinin təşkili, həyata keçirilməsi ilə yanaşı, maarifləndirmə və təbliğat xarakterli tədbirlərə, görüşlərə də xüsusi önəm verdiyini qeyd edib. Mövzunun əhəmiyyətinə toxunaraq, Aİİ-nin təhsilin keyfiyyətinə xüsusi önəm verməklə yanaşı, tələbələrin ictimai-mədəni fəaliyyətinin təşkili üçün də səylə çalışdığını bildirib. “Azad Berlin” Universitetinin məzunu, Avropa İxtisasartırma Mərkəzinin baş müəllimi dr. Rüfət Səttarov “Müasir alman cəmiyyətində İslama münasibət” mövzusunda məruzə ilə çıxış edib. R. Səttarov müxtəlif mədəniyyətlərə malik alman cəmiyyətində mövcud problemlər və dinlərin bir-birlərinə qarşılıqlı ehtiram göstərmələri barədə məlumat verib. Qeyd edib ki, İslam Almaniyanın modern və dəyişməkdə olan cəmiyyətinin bir parçasıdır. R.Səttarov bir dövlətin sərhədləri daxilində müxtəlif etnomədəni tərəflərin dinc yanaşı yaşamaq, öz mədəni xüsusiyyətlərini, həyat tərzini rəsmən ifadə etmək hüququna malik olduğunu vurğulayıb. Həmçinin Almaniyada yaşayan müsəlmanların cəmiyyətə inteqrasiyasından, dünyada ekstremizm və dini-ideoloji münaqişələrlə mübarizənin aparılması üçün tolerantlıq və multikultural mühitin hökm sürdüyü ölkələrin təcrübəsindən yararlanmağın əhəmiyyətindən bəhs edib.