Şəbnəm Tovuzlu: "Mən reytinqli sənətçiyəm, sənətkara qiymət vermirlər" FOTO


Şou-biznes 05 İyl 2019 14:41:00 217 0

Şəbnəm Tovuzlu: "Mən reytinqli sənətçiyəm, sənətkara qiymət vermirlər"  FOTO

"Mənim kimi sənətçinin uğurunu görəndə dəliyə dönürlər"

Son.az hər zaman qalmaqallarla gündəmə gələn müğənni Şəbnəm Tovuzlunun oxu.az-a müsahibəsini təqdim edir:

- Həmkarlarınızla tez-tez söz savaşına çıxırsınız. Öncə Nigar Camal, daha sonra Günay İbrahimli ilə aranız birdən-birə dəydi. İndi münasibətləriniz nə yerdədir?

- Mənim onlarla aram dəymədi. Saytları açıb gördüm ki, hər iki xanım mənim haqqımda xoşagəlməz şeylər danışıblar. Onlara cavab belə vermədim. Yersiz söhbətlər idi. Nigarla salam-kalamım yoxdur, amma Günayla məclislərdə üz-üzə gələndə görüşüb, salamlaşırıq.

Onların ifasına irad bildirməmişəm, tənqid etməmişəm. Bu da mənim mədəniyyətimdir. 

- Günay İbrahimli söylədi ki, mən Şəbnəmin mahnılarını dinləmirəm.

- Yalan deyirlər. İfamı hər yerdə eşidirlər. Şəxsi avtomobillərində mahnılarımı dinləməsələr də, bütün musiqilərin içində mənim ifalarım da yer alır. İstər-istəməz oxuduğum mahnıları dinləyirlər. Deyirlər ki, izləmirik, dinləmirik, qulaq asmırıq. Bəs haradan bilirsiniz ki, "Xəstəyəm" mahnımın 34 milyon izləyicisi var?

- Şəbnəm kimə xəstədir?

- Şəbnəm ailəsinə, övladına, həyat yoldaşına və sənətinə xəstədir. 

- Həyat yoldaşınız Hacıdan sizə böyük gül çələngi hədiyyə olundu. Çələngin üstündəki "Həyatım" yazısı var idi. Həyat yoldaşınız sizə "həyatım" deyə müraciət edir?

- Mənimlə həyat yoldaşımın arasında "həyatım" sözü çox da məşhur deyil. Birlikdə yaşadığımız 6 il müddətində bir-birimizə "Aşkım" deyə müraciət etmişik (gülür).

Aramızda dava olmuşdu. Səbəb geyimim idi. İğdırda verdiyim konsertdə şort bir balaca qısa idi, bu da Hacının heç xoşuna gəlmədi. Sevmədi, bəyənmədi libasımı. Mənə iradını bildirdi, ondan küsdüm. O da mənə bu gülləri göndərib.

Yəqin "həyatım" sözü içdən, daxildən gəlib ki, güllərin üstünü bu sözlə bəzəyib. 

- Həyat yoldaşınız qısqancdır?

- Çox qısqancdır. Mənim kimi gözəl bir xanımı qısqanmasın?! (gülür) Səbəb var axı qısqanmağa...

- Bəs siz necə?

- Çox. Hətta geyindiyi köynəklərə belə qarışıram. Niyə bu köynəyi geyindin, axı sənə çox yaraşır ... (gülür)

- Sosial şəbəkədə həyat yoldaşınızın qolunun, əlinin, biləyinin fotosunu paylaşırsınız. Amma üzünü göstərmirsiniz. Səbəb nədir?

- Bu onun özünə və gördüyü işinə hörmətdir. Özü istəmir gündəmə gəlsin. Mənim ətrafım, şou əhli onu yetərincə tanıyır. Hamının da onunla dostluğu var. Amma kütlənin onu tanımasına ehtiyac yoxdur. Məncə, heç tanımasalar yaxşıdır.

- Deyirlər ki, Hacı evlidir. Siz isə onun ikinci həyat yoldaşısınız. Elə buna görə onu hər kəsdən gizlədirsiniz.

- Xeyr, bu yalnış informasiyadır. O danışanlar mənim evimin içindədir? Yox. Bu barədə ancaq bir şeyi deyə bilərəm ki, ailəli olsaydı, bizim münasibətimiz 6 il sürməzdi. O, mənim ailəm, övladım Əlinin atasıdır. Kim nə söyləyirsə, söyləsin, bütün bu sözlər mənim üçün boş və mənasızdır. Danışdıqları onların şəxsi fikirləridir. Camaat bizdən nə istəyir, anlamıram.  

- Niyə hamı sizin şəxsi həyatınızla maraqlanır ki?

- Ona görə ki, mən sevilən ifaçıyam. Eybi yox, qoy, maraqlansınlar. 

- Hacıdan aldığınız ən bahalı və dəyərli hədiyyə nə olub?

- Oğlum Əli. O mənim üçün həyatda ən bahalı hədiyyədir. 


Xəbərə aid fotolar