"Qazprom"un pullarına həbs qoyuldu


Digərləri 05 İyl 2019 14:36:00 193 0

"Qazprom"un pullarına həbs qoyuldu

London Ali Məhkəməsi Rusiyanın "Qazprom" korporasiyasının 145 miyon dollarlıq hesablarını dondurub.

Son.az Lenta-ya istinadən bildirir ki, qərar Ukraynanın "Naftoqaz" şirkətinin iddiasının təminatıdır. Sözügedən məbləği "Qazprom" korporasiyası "Şimal Axını" layihəsindən əldə edib.

Qərara görə, "Qazprom" korporasiyası "Şimal Axını" layihəsinin səhmdarlarının dividendlərin ödənişlərni barədə yeni qərarlarından əvvəl məhkəmənin razılığını almalıdır.