Tələbəni qətlə yetirən şəxsin şikayəti təmin edilmədi


Kriminal 05 İyl 2019 13:15:00 236 0

Tələbəni qətlə yetirən şəxsin şikayəti təmin edilmədi

Bakı Apelyasiya Məhkəməsində adam öldürməkdə təqsirli bilinən Rauf Murğuzovun şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

Son.az APA-ya istinadən xəbər verir ki, hakim Qədim Babayevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Hakimlər kollegiyasının qərarına əsasən, R.Murğuzovun şikayəti təmin edilməyib və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılıb.

Qeyd edək ki, ötən ilin dekabr ayında Bakının Nərimanov rayonu Atatürk prospekti, ev 2a ünvanında Ağstafa rayonunun Dağ Kəsəmən kəndinin sakinləri - 2000-ci il təvəllüdlü Murğuzov Rauf İlqar oğlu həmkəndlisi, 2000-ci il təvəllüdlü Xəlilov Elman Elyar oğlu ilə mübahisə edib. Mübahisə davaya çevrilib və nəticədə R. Murğuzov E. Xəlilovu bıçaqla qətlə yetirib.

Keçirilən istintaq əməliyyat tədbirləri nəticəsində R. Murğuzov saxlanılıb.