Rabitəbank bu dəfə "Rəqəmsal trendlər və Media" təlimini təşkil etdi!


Digərləri 05 İyl 2019 13:10:00 278 0

Rabitəbank bu dəfə "Rəqəmsal trendlər və Media" təlimini təşkil etdi!

Rabitəbank ASC KİV dostları üçün, rəqəmsal mövzuları üzrə silsiləli təlimlərin keçirilməsini davam etdirir.

Artıq istənilən sahə rəqəmsallaşmağa doğru gedir və bütün bu proseslər Medianın fonunda ən sürətli şəkildə özünü biruzə verir. Məhz bütün bunlara söykənərək, Rabitəbank 2019-cu ildə təşkil etdiyi tədbir, təlim, workshop, startuplara dəstəyini rəqəmsal mövzular üzərində cəmləyir.

Rabitəbank ölkənin texnoloji yeniliklərinə açıq olan və bu istiqamətdə ölkədə ilk dəfə BOT-u tətbiq edən bank kimi növbəti təlimini "Rəqəmsal Trendlər və Media" mövzusu başlığında təşkil etmişdir. Təlimin əsas məqsədi, rəqəmsal trendlər, texnoloji alətlərin mediada tətbiqi və s. buna bənzər mövzuları əhatə etmişdi.

Təlim "Rəqəmsal Marketinq və data analitika", "Rəqəmsal və Texnoloji Media" mövzularının başlığı altında keçirilmiş və qrup müzakirələri ilə davam etmişdi. Texnopolis radio verilişinin aparıcısı İmran Bağırov və Rabitəbankın rəqəmsal məhsullarının inkişafı üzrə meneceri Nazlı Orucova təlimçi qismində çıxış etmişdi.


Xəbərə aid fotolar