Hacı Mazanın polis oğluna yeni vəzifə verildi


Digərləri 05 İyl 2019 12:43:00 252 0

Hacı Mazanın polis oğluna yeni vəzifə verildi

İyulun 2-də Ələt-Astara yolunda ağır qəzaya düşən Hacı Mazan ləqəbli iş adamı Ramazan Zeynalovun oğlu Baş Dövlət Yol Polisi İdarəsinə göndərilib. 

Son.az unikal.org-a istinadən xəbər verir ki, bir müddət öncə sabiq Daxili İşlər Naziri general-polkovnik Ramil Usubovun əmri ilə keçən il Sumqayıt Şəhər Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsinin rəisi  vəzifəsindən azad edilən, polis polkovnik-leytenantı Bayram Ramazan oğlu Zeynalovun yeni iş yeri məlum olub.

B.Zeynalov sabiq nazir Ramil Usubovun müvafiq əmri ilə Baş Dövlət Yol Polisi İdarəsinin Yol Hərəkətinin Təşkili şöbəsinin inspektoru təyin edilib.