Taksi sürücüsü boğazından bıçaqlandı


Kriminal 05 İyl 2019 12:47:00 207 0

Taksi sürücüsü boğazından bıçaqlandı

Xaçmaz sakini bıçaqlanıb.

Son.az APA-ya istinadən xəbər verir ki, Xudat şəhərində taksi fəaliyyəti ilə məşğul olan, 1983-cü il təvəllüdlü Qasımov Elman Dərya oğlu naməlum şəxs tərəfindən bıçaqlanıb. Onun boğaz və sinə nahiyəsinə 5 bıçaq zərbəsi endirilib. Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Xaçmaz rayon Polis İdarəsində araşdırma başlanılıb. 

Hazırda cinayəti törədən şəxs və şəxslərin tutularaq istintaqa cəlb edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.