Baham adalarında helikopter qəzası, 7 nəfər ölüb


Dünya 05 İyl 2019 08:54:00 249 0

Baham adalarında helikopter qəzası, 7 nəfər ölüb

Baham adalarında helikopterin qəzaya uğraması nəticəsində 7 nəfər həlak olub.

Trend-in "Associated Press"-a istinadla verdiyi məlumata görə, qəza helikopterin Baham adalarında ABŞ-a uçarkən baş verib.

Məlumatı Baham adalarının polis nümayəndələri təsdiq edib. Helikopter Florida ştatının Fort Loderdeyl istiqamət götürübmüş.

Ölənlərin hamısı ABŞ vətəndaşıdır.