Dənizkənarı Milli Park ərazisində 2 nəfər dənizə düşüb


Digərləri 05 İyl 2019 08:49:00 206 0

Dənizkənarı Milli Park ərazisində 2 nəfər dənizə düşüb

Bakı şəhəri, Səbail rayonunda Dənizkənarı Milli Park ərazisində 2 nəfər dənizə düşüb.

Fövqəladə Hallar Nazirliyindən Son.az-a verilən məlumata görə, nazirliyin "112" qaynar telefon xəttinə Dənizkənarı Milli Park ərazisində 2 nəfərin dənizə düşməsi barədə məlumat daxil olub.

Dərhal hadisə yerinə cəlb olunan Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşları sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.