Bu ölkədə güclü yağış


Dünya 05 İyl 2019 07:55:00 199 0

Bu ölkədə güclü yağış

Meksikada güclü yağış səkkiz turistin ölümünə səbəb olub.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, faciə Koauila ştatında yerləşən Syerra-de-Parras dağlarında baş verib.

Belə ki, bir qrup turist Syerra-de-Parras dağların ətəyində hərəkət edən zamanı, onları dağdan gələn su axını yuyub aparıb.

Daha sonra xilasedicilər səkkiz nəfərin cəsədini tapıblar.