Ağcaqanadlar daha çox BU İNSANLARI SANCIR İNANMAYACAQSINIZ


Digərləri 05 İyl 2019 07:21:00 185 0

Ağcaqanadlar daha çox BU İNSANLARI SANCIR  İNANMAYACAQSINIZ

Ağcaqanad sancması adi hal kimi qəbul edilsə də, malyariya başda olmaqla, Zika və sarı titrətmə kimi xəstəlikləri insanlara yoluxdura bilir.

Son.az xəbər verir ki, mikrobiologiya mütəxəssisi, professor Saleh Türkoğlu ağcaqanadları dəridə özünə çəkən faktorları sadalyıb:

"Ağcaqanadların çox olduğu yerdəsinizsə, onların çıxdığı saatlarda sizi sancmaması üçün uzunqollu geyimlərə üstünlük vermək lazımdır. Daxili məkanlara girmələrinin qarşısını almaq üçün baryer düzəltmək vacibdir.

Bəzi insanlar qan qruplarına bağlı olaraq daha müqavimətlidir. Milçək və ağcaqanadlar qan ilə qidalanır. 4-cü qrupu insanlar ağcaqanadları dərilərinə daha çox çəkir".

Ekspert daha sonra ağcaqanadların "seçicilik qabiliyyəti"nə təsir edən digər amilləri belə sadalayıb:

Geyim

Ağcaqanadlar hədəflərini seçərkən ilk olaraq "görməsi" lazımdır. Odur ki, ağcaqanadların axşamüstü görmə qabiliyyəti artır. Tünd və qırmızı rənglərin ağcaqanadların daha çox çəkdiyinə dair tədqiqatlar mövcuddur.

Qazlar

Çıxardığınız karbondioksid qazı nə qədər kəskindirsə, bu, ağcaqanadları bir o qədər tez özünə cəlb edir. Onlar qoxunu bir neçə metr uzaqdan hiss edir. Ağcaqanadların gecələr başınızın üzərində fırlanmasının səbəbi bu şəkildə açıqlanır.