“Araz”ın rəqibləri müəyyənləşib - futzal üzrə UEFA Çempionlar Liqasında


Digərləri 05 İyl 2019 01:36:10 161 0

“Araz”ın rəqibləri müəyyənləşib - futzal üzrə UEFA Çempionlar Liqasında

İyulun 4-də İsveçrənin Nyon şəhərindəki UEFA-nın mənzil-qərargahında futzal üzrə Çempionlar Liqasının 2019-2020-ci il mövsümünün ilkin və əsas mərhələsinin püşkü atılıb

İyulun 4-də İsveçrənin Nyon şəhərindəki UEFA-nın mənzil-qərargahında futzal üzrə Çempionlar Liqasının 2019-2020-ci il mövsümünün ilkin və əsas mərhələsinin püşkü atılıb. AFFA-dan Trend-ə bildiriblər ki, püşkün nəticəsinə əsasən, mübarizəyə əsas mərhələdən başlayacaq turnirdəki təmsilçimiz “Araz” komandası “Benfika” (Portuqaliya), “Halle Gooik” (Belçika) və “Xerson” (Ukrayna) komandaları ilə ikinci qrupda mübarizə aparacaq. Bu qrupun oyunları oktyabrın 8-dən 13-dək Belçikada keçiriləcək.