"Yüz əlli minlik maşından düşdü, yüz əlli manatlıq məzar daşı sifariş verdi" MƏŞHUR USTAYLA MARAQLI SÖHBƏT FOTO


Digərləri 05 İyl 2019 00:45:00 350 0

"Yüz əlli minlik maşından düşdü, yüz əlli manatlıq məzar daşı sifariş verdi"  MƏŞHUR USTAYLA MARAQLI SÖHBƏT  FOTO

Sənətin varsa, çörəyin var. Yəqin ki, bu məşhur deyimi çoxunuz eşitmisiniz.  Əgər bu sənət, peşə daşla bağlıdırsa, demək ki, o çörək həm sənətdən, həm də daşdan çıxır. Elə həmsöhbətimizin də çörəyinin daşdan çıxdığını deyə bilərik. Özü də məzar daşından. Son.az bildirir ki, "ölkə.az"ın suallarının cənub bölgəmizin ən məşhur xəttat-nəqqaşlarından olan Mahir Quliyev cavablandırır. 

- Mahir bəy, neçə ildir be peşəylə məşğulSunuz?

-  1987-ci ildən bu işlə məşğulam. O vaxt mənim on beş yaşım var idi. Dayımdan öyrəndiyim peşədir. Dayım özü hazırda rəssamlıqla məşğuldur.

- Yəqin ki, özünüzün bu işə marağınız var idi...

- Məktəbdə oxuyurdum, dayım dedi ki, mənə kömək et. Ondan sonra həvəsim yarandı. O vaxt texnika indiki qədər rahat deyildi, iskənəylə işləyirdik. İndi ustalar nadir hallarda iskənədən istifadə edirlər.

- Hazırda çalışdığınız alətin adı nədir?

- Ruslar bu alətə "matovka" deyirlər, bizim dildə dəqiq adının deyə bilməyəcəyəm. 

- Gənclərin bu peşəyə marağı varmı?

- Həddindən artıq hövsələ tələb edən işdir. Ona görə də gənclərin elə də marağı yoxdur. Xəttatlıq, nəqqaşlıq elə də asan iş deyil. Mən gördüyüm işin həm xəttatlığa, həm də nəqqaşlığa aidiyyatı var. Mənim bildiyimə görə bu peşə dünyaya Əfqansıtanda yaşayan Puştum tayfalarından yayılıb. Başqa bir ehtimala görə yaponlar da bunun ilk yaradıcılarından hesab edilirlər. Onlar da heroqlifləri nəqqaşlıq üsulu ilə yazırmışlar. Heroqlif işləmək daha çətindir. Çünki bu peşə daha çox insanın istedadına, bacarığına bağlıdır. 

- Azərbaycanda nəqqaşlığın, xəttatlığın tarixi hansı dövrə gedib çıxır? Ümumiyyətlə, hazırda gördüyümüz məzar daşları nə vaxtdan bu formada hazırlanır?

- Mən yüz il əvvəlin də qəbirlərini görmüşəm. Orada ərəb və fars hərflərindən daha çox istifadə edilib. Son zamanlar da ərəb və fars hərfləriylə yazılmış məzar daşı sifarişləri çoxalıb. Bir çox sifarişçilər isə həm ərəb, həm də Azərbaycan dilində yazmağımızı istəyirlər.

- Sirr deyil ki, son 30-40 ilə qədər istər Bakıda, istər bölgələrdə milliyətcə erməni olan sənətkarlara daha çox müraciət edilib. Və bir çox hallarda sonradan məlum olub ki, onlar həm binaların tikintisində, həm də digər əl işlərində öz "izlərini" qoyublar. Məsələn, ermənilərin tikdiyi evlərin əksəriyyətinə yuxarıdan baxanda dam örtüyündə xaç şəklini görmək olur. Qəbir daşları ilə bağlı hər hansı belə bir şey eşitmisinizmi?

- Leninqradda bir yunanla tanış oldum. Həmin yunan mənə bildirdi ki, ermənilərdən bu cür iddialar eşidib. Yəni, məzar daşlarına da öz "izlərini" qoyurlar. Yunanlarla bağlı bir məqamı da qeyd edim. İnsanların bədəninə vurduğu döymənin kökü yunanlardan gəlir. 

-  İstərdim qara mərmərlə bağlı danışaq. Bu material niyə bahalı hesab edilir?

- Mərmər yerdən qara rəngdə çıxmır. Digər qiymətli zinət əşyaları, daşlar kimi, mərmər də cilalanır və bu rəngi alır. Mərmərin öz rəngi boz rəngə yaxın olur. Çox zəhmət tələb etdiyindən qiyməti də baha olur. 

- Ən ucuz qəbir daşı neçəyə başa gəlir?

- Qiymətlər üç yüz manatdan iyirmi minə qədər dəyişir.

- İndiyə qədər hazırladığınız ən bahalı məzar daşı neçəyə olub?

- On üç min manata hazırlamışam. Astarada bir gənc qız vəfat etmişdi. Atası Rusiyadan gəldi və həmin məzar daşını sifariş verdi. 

- Əslində, indi verəcəyim sualın birbaşa sizin peşəyə aidiyyatı yoxdur. Amma təcrübəli insan kimi fikriniz maraqlıdır. Məsələn, bəzi qəbirlərin yanında az qala park salırlar, böyük abidələr hazırlanır...


Xəbərə aid fotolar