Meksikada güclü yağış - səkkiz nəfər ölüb


Digərləri 05 İyl 2019 00:46:18 157 0

Meksikada güclü yağış - səkkiz nəfər ölüb

Meksikada güclü yağış səkkiz turistin ölümünə səbəb olub

Bakı. Trend - Meksikada güclü yağış səkkiz turistin ölümünə səbəb olub. Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, faciə Koauila ştatında yerləşən Syerra-de-Parras dağlarında baş verib. Belə ki, bir qrup turist Syerra-de-Parras dağların ətəyində hərəkət edən zamanı, onları dağdan gələn su axını yuyub aparıb.