100 il yaşamaq üçün 7 tövsiyə


Digərləri 04 İyl 2019 23:30:00 254 0

100 il yaşamaq üçün 7 tövsiyə

Tanınmış amerikalı həkim-kardioloq Klayd Yansi insanın uzunömürlü olmasını təmin edə biləcək tövsiyələr tərtib edib.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, həkimin fikrincə, insan orqanizmi əvvəlcədən uzun ömür sürməyə proqramlaşdırılıb. Ömrü qısaldan isə sağlamlığa ziyan vuran vərdişlərdir.

Həkim-kardioloqun sözlərinə görə, bu qaydalar insanın 90-cı və 100-cü yubileyini qeyd etməyə kömək edə bilər.

Fiziki fəallıq. Həkim qaçış, üzgüçülük, intensiv yerimə, idman oyunları ilə məşğul olmağı tövsiyə edir. Kardioloq bildirir ki, fiziki fəallığın çatışmazlığı insanın ömrünü 4 il qısaldır. Ürək xəstəlikləri və ya insult azhərəkətli adamlarda daha çox inkişaf edir.

Xolesterini nəzarətdə saxlamaq. Xolesterinin miqdarı artması damarlarda ürək-damar patologiyaları riskini artıran düyünlərin əmələ gəlməsinə səbəb olur. Odur ki, xolesterinin 5 vahiddən yuxarı qalxmasına imkan vermək olmaz.

Rasiona diqqət yetirmək. Uzun ömür sürmək üçün rasiondakı şirniyyat, fastfud və qazlaşdırırlmış içkiləri məhdudlaşdırmaq lazımdır. Sellüloz, dənli bitkilər, təzə meyvə-tərəvəzi isə çox yemək lazımdır.

Təzyiqin yüksəlməsinə yol verməmək. Yüksək təzyiqi təsadüfən "sakit qatil" adlandırmırlar. Arterial hipertenziyası olan insanlarda insult riski 40 faiz, infarkt ehtimalı isə 25 faiz yüksəkdir. 45 yaşına çatandan sonra təzyiqi nəzarətdə saxlamaq xüsusilə vacibdir.