Qu quşu iti öldürdü


Digərləri 04 İyl 2019 23:25:00 943 0

Qu quşu iti öldürdü

İrlandiyanın Dublin şəhərindəki Buşi parkında maraqlı hadisə qeydə alınıb.

Son.az ölkə.az-a istinadən bildirir ki, sahibinin gözləri qarşısında iti bir qu quşu öldürüb. Hadisə şahidləri iti xilas etmək istəsələr də, buna nail ola bilməyiblər.

Məlum olub ki, koker-spaniel cinsinə məxsus iti olan bir şəxs gəzintiyə çıxıb. İt göldə üzmək üçün suya tullanıb. Bu zaman göldə yaşayan qu quşu itə hücum edib və onu qanadları ilə vurub. Gölün ətrafına yığışan insanlar qışqıraraq quşun diqqətini yayındırmaq istəyiblər. Sahibi isə telefonunu gölə atıb. Amma qu quşunun zərbələrindən it ölüb.