Bunu için


Digərləri 04 İyl 2019 22:25:00 257 0

Bunu için

Süd və süd məhsullarının düzgün istehlak olunması bir sıra xroniki xəstəliklərin qarşısını alır, uşaqların sümüklərini möhkəmləndirir, yaşlılarda isə əzələlərin yumşalmamasına kömək edir.

Son.az Trend-ə istinadən bildirir ki, İspaniyanın Qranada Universitetinin mütəxəssisləri bu qənaətə gəlib.

Qeyd olunur ki, südün tərkibində zülallar, kalsium, maqnium, fosfor, kalium, sink, selen, A vitamini, riboflavin, B12 vitamini var.

Qida rasionuna süd məhsullarının əlavə olunması bağırsaq və sidik kisəsi xərçənginə tutulmaq riskini azaldır. Bundan başqa, süd məhsullarının ikinci tip diabetin inkişaf riskini azaltdığı ehtimal olunur.