Barselonada "çirkli" avtomobilləri 100 avro məbləğində cərimə gözləyir


Dünya 04 İyl 2019 22:30:00 331 0

Barselonada "çirkli" avtomobilləri 100 avro məbləğində cərimə gözləyir

Barselonanın şəhər şurası artıq ekoloji nişanlamaya malik olmayan avtomobili 100 avro məbləğində cərimələməyə imkan verən mexanizmə sahibdir. Bu tədbir atmosferi çirkləndirən tullantıların yüksək səviyyəsinə qarşı mübarizəyə istiqamətlənib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, məhdudiyyət 2020-ci il yanvarın 1-dən və ya atmosferin azot dioksidi ilə güclü çirkləndirilməsi zamanı daha tez qüvvəyə minəcək. Havanın çirklənmə dərəcəsinin yüksək olduğu günlərdə ictimai nəqliyyatda gediş haqqına endirimlər təklif olunacaq.

Barselonanın şəhər şurasında jurnalistlərə bildiriblər ki, tədbir əhalinin öz nəqliyyat vasitələrini dəyişdirməsi məqsədi daşımır, ictimai nəqliyyatdan istifadəni təşviq edir.