Diri kərtənkələ yeyən oğlan 10 gün sonra öldü


Digərləri 04 İyl 2019 22:20:00 229 0

Diri kərtənkələ yeyən oğlan 10 gün sonra öldü

Avstraliyada mərc gələrək diri kərtənkələ yeyən 34 yaşlı kişi 10 gün sonra dünyasını dəyişib.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Brisben şəhərində olub. Devid Douell adlı şəxs əyləncə gecəsindən sonra sərxoş halda sürünəni yeyib. Vəziyyəti pisləşən Douelldə qusma və ishal başlayıb. Dərhal xəstəxanaya çatdırılan gəncə salmonellez zəhərlənməsi diaqnozu qoyulub.

Bir neçə gün sonra Devidin bədəni şişməyə və ağciyərlərinə su yığılmağa başlayıb. Həkimlər onu süni komaya salsalar da, oğlanın həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, Devidin ölümünə səbəb kərtənkələnin bədənindəki salmonella bakteriyasının ona yoluxmasıdır.