Axşam yeməyindən imtina etməyin 7 fəsadı Orqanizmi ac qoymayın


Digərləri 04 İyl 2019 21:45:00 320 0

Axşam yeməyindən imtina etməyin 7 fəsadı  Orqanizmi ac qoymayın

Belə bir məsəl yayılıb ki, səhər yeməyini özün ye, günorta naharı dostunla bölüş, axşam yeməyini düşməninə ver. Halbuki mütəxəssislər səhər az yeməyi, axşam isə yeməkdən tam imtina etməməyi məsləhət görür.

Çox insanlar axşam yeyib ağırlaşıram, səhhətə ziyandır, kökəlirəm deyib, saat 6-dan sonra yeməkdən uzaqlaşır. Bu sağlamlıq baxımından ən səhv addımdır.

Son.az bildirir ki, medicina.az axşamlar yeməyi təxirə salmağın sizə hansı problemlər yarada biləcəyini araşdırıb. 

1.Artıq çəki, piylənmə

Axşam yeməmək arıqlatmır, əksinə kökəldir. saat 6-dan gecə 12-ə kimi boş mədədən aclıq siqnalı alan və yemək görməyən beyin elə hesab edir ki, bu insan çörək tapmır, aclıq başlayıb, ona görə sağqalma mexanizmi, yəni yağ, piy toplama işə düşür. Metobolizm zəifləyir, kalorilər yandırılmır, ehtiyat rezerv yığılır. Bu da qarın, bel, budda kökəlmə deməkdir.   Siz o halda saat 18:00-dan sonra yeməyə bilərsiz ki, saat 21:00-da yatırsız. Amma indi insanlar gecə 1-2-ə kimi oyaq qalır, onlar ən son saat 22:00-da yemək qəbulunu bitirməlidir. 

2.Metobolizm pozulur, şəkər riski var

Axşam yeməkdən imtina metobolizmi pozur, qalxanvari vəzin işini əngəlləyir, insulin dirənci yaradır, xolesterini çoxaldır.

3.Öddə daş əmələ gəlir

Həkimlər hesab edir ki, yemək arasında uzun 6-7-8 saatlıq fasilələr, öddə durğunluq yaradır, bu da daş əmələ gəlməsinə səbəb olur.

4.Yuxusuzluq