Şaftalı sözündən diksinən insanların dərdi nədir? Tik xəstəliyinin səbəbi və müalicəsi


Digərləri 04 İyl 2019 21:25:00 409 0

Şaftalı sözündən diksinən insanların dərdi nədir?  Tik xəstəliyinin səbəbi və müalicəsi

Tik xəstəliyi - insanda qeyri-ixtiyari, özündən asılı olmayan və nəzarət edə bilmədiyi müxtəlif əzələ hərəkətləridir. Bu xəstəliyin bir çox növü var. Niyə yaranır, səbəbi nədir?

Bəzən heç fərqində olmadan bizim nəyəsə qarşı refleksimiz yaranır. Bu refleks əgər aşağı səviyyədədirsə, zəifdirsə, bunu gizlədə bilirik. Hətta müəyyən müddət əngəlləmək də mümkündür. Ətrafda belə insanlara rast gəldiyimizdə gülürük. Amma həmin adamlar heç düşünmür ki bu qarşı tərəfə çox pis təsir edir. 

Son.az medicina.az-a istinadən tik xəstəliyinin səbəbləri və müalicəsini təqdim edir.

Aparılan araşdırmalara görə, cəmiyyətin 0,4 faizi bu durumdan əziyyət çəkir. Kişilərdə qadınlara 4 qat artıq müşahidə edilir. Bu reflekslər adətən 3-8 yaşdan sonra başlayır. Bu vəziyyət əzələlərin gərilməsi nəticəsində ortaya çıxır və təkrarlanan hərəkətdir.   Bəsit tiklər sürətlidir, təkrarlayıcıdır və bəlli istiqamətlidir.

• Göz qırpma  • Üz büzüşdürmək  • Ağız açıb-bağlamaq  • Baş və ya çiyin çevirmək  • Yumruq sıxmaq  • Ayaq baş barmağını yuxarı qatlamaq

Kompleks Tiklər yavaşdır və bəlli məqsədə yönəlikdir. 

• Hoppanmaq  • Toxunmaq  • Qoxu alma hərəkəti  • Ovuşdurmaq  • Durduğun yerdə yellənmək  • Hərəkətləri kopyalamaq 

Bəsit Vokal Tiklər 

• Ritm pozuntusu  • Səsin şiddətini ayarlaya bilməmək  • Kəlimələrin uzadılması  • Boğaz təmizləmək  • Xorultu səsi çıxartmaq  • Burun çəkmək  • Nəfəsi burundan almaq  • Mırıldanmaq 

Kompleks vokal tiklər

• Söyüş və cinsəl sözləri cümlənin arasında işlətmək  • Danışılanları ümumi təkrarlamaq • Qarşısındakı adamın son cümləsini və ya sözünü təkrar etmək