Salyanın içməli su və kanalizasiya sistemləri yenidən qurulur (FOTO)


Digərləri 04 İyl 2019 20:51:00 275 0

Salyanın içməli su və kanalizasiya sistemləri yenidən qurulur (FOTO)

“Azərsu” regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq bölgələrdə içməli su təchizatı və kanalizasiya layihələrinin icrasını davam etdirir.

BAkı. “Azərsu” Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq bölgələrdə içməli su təchizatı və kanalizasiya layihələrinin icrasını davam etdirir. Qurumdan Trend-ə verilən məlumata görə, Salyan şəhərində əhalinin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə su şəbəkəsinin tikintisi üzrə işlərin böyük hissəsi yerinə yerinə yetirilib. Salyan şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi 2035-ci ilə perspektiv inkişaf nəzərə alınmaqla Salyan şəhərində 35 min nəfərin içməli su təchizatının və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanıb. Layihəyə əsasən, Salyan şəhərində əhalini dayanıqlı və keyfiyyətli içməli su ilə təmin etmək üçün su mənbəyi Şirvan-Muğan qrup su kəməri seçilib. Şirvan-Muğan qrup su kəmərindən şəhərə 9 km magistral su xətti çəkilib. 2016-cı ildə Prezident İlham Əliyevin iştirakı ilə Salyan şəhərinə içməli suyun verilməsi mərasimi keçirilib. Şəhərin dayanıqlı su təchizatı məqsədilə tutumu 7500 kubmetr olan su anbarı tikilib. Bununla da, şəhərə özüaxımlı rejimdə içməli suyun verilməsi təmin edilib və istismar tələblərinə cavab verməyən sutəmizləyici qurğunun, həmçinin 3 ədəd nasos stansiyasının fəaliyyəti dayandırılıb. Bundan sonra mərhələlərlə şəhərin daxili şəbəkələrinin yenidən qurulmasına başlanılıb və hazırda bu sahədə işlər yekunlaşmaq üzrədir. 2019-cu ilin dövlət investisiya proqramı çərçivəsində Salyan şəhərində 25 km su xəttinin tikintisi nəzərdə tutulub. Artıq Babacanlı yaşayış massivində 14 km su xəttinin inşası başa çatdırılıb. Yaxın vaxtlarda isə şəhərin mərkəzi hissəsində 11 km su xətti çəkiləcək. Növbəti mərhələdə şəhərin yeni salınmış yaşayış massivində də içməli su layihəsi icra olunacaq.