Meksikada polislər tətil edir


Digərləri 04 İyl 2019 19:42:15 280 0

Meksikada polislər tətil edir

Meksikada federal polis əməkdaşları müddətsiz tətilə başlayıb.

Bakı. Meksikada federal polis əməkdaşları müddətsiz tətilə başlayıb. Trend-in məlumatına görə, paytaxt Mexikoda tətil edənlər bir sıra küçələri bağlayıb. Aksiya ilə əlaqədar Mexikonun əsas şoselərində nəqliyyatın hərəkəti dayanıb. Polislər yaradılması nəzərdə tutulan Milli Qvardiyanın tərkibinə keçməyə etiraz edir. Onlar hesab edir ki, bu addımın atılacağı təqdirdə əməkhaqları azalacaq.