69 yaşlı müğənni beşinci dəfə evləndi


Digərləri 04 İyl 2019 19:30:00 239 0

69 yaşlı müğənni beşinci dəfə evləndi

Bir müddətdir nişanlı olan amerikalı müğənni Ketrin Makfi (35 yaş) ilə kanadalı sənətçi Devid Foster (69 yaş) ailə həyatı qurub. 

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, toy Londonda baş tutub.  

Ketrin toyuna dünyaca məşhur dizayner Zac Posen imzalı gəlin paltarında qatılıb. Bununla da, ifaçı ikinci dəfə ərə gedib. Onun ilk evliliyi Nik Kokasla olub (2008-2016). 

Fosterin isə bu, sayca beşinci evliliyidir.  O, sonuncu dəfə məşhur Bella və Gigi Hadidlərin anası Yolanda ilə evli olub, 2017-ci ildə cütlük yollarını ayırmaq qəarına gəlib. 


Xəbərə aid fotolar