Mariya Zaxarova: Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı mövqeyi dəyişməyib


Digərləri 04 İyl 2019 19:10:00 166 0

Mariya Zaxarova: Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı mövqeyi dəyişməyib

Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı mövqeyi dəyişməyib və dəyişə bilməz.

Bakı. Ləman Zeynalova - Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı mövqeyi dəyişməyib və dəyişə bilməz. Trend-in məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinqdə bildirib. M. Zaxarova qeyd edib ki, Ermənistanın siyasi partiyalarından “Daşnaksütyun” rəhbərlərilə görüş keçirilib: "Bu görüşün və söhbətlərin də erməni tərəfinin təşəbbüsü ilə keçirildiyini deyə bilərəm. Orada bir çox məsələlər müzakirə olundu. Başlıca olmasa da, Dağlıq Qarabağ məsələsi də müzakirə olunub. Partiya rəhbərliyi ilə birgə erməni forumunun nümayəndələrinin də görüşə gələcəyi barədə diplomatlarımız məlumatlı deyildi”.