Seulda bina avtomobillərin üzərinə çökdü:


Dünya 04 İyl 2019 18:58:00 231 0

Seulda bina avtomobillərin üzərinə çökdü:

Cənubi Koreyanın paytaxtı Seulda beşmərtəbəli bina çöküb.

Son.az Trend-ə istinadən bildirir ki, hadisə nəticəsində 1 nəfər həlak olub, 3 nəfər isə xəsarət alıb.

Yol kənarında olan binanın dağıntıları avtomobillərin üzərinə düşüb. Xəsarət alan şəxslər məhz avtomobillərdə olublar.

Üç nəfəri xilas etmək mümkün olsa da, bir nəfər avtomobildən çıxarıldıqdan qısa müddət sonra ölüb.