Kənan MMdən təpik şou


Şou-biznes 04 İyl 2019 18:10:00 235 0

Kənan MMdən təpik şou

Azərbaycanlı rejissor və aktyor Kənan MM-in yeni videosu yayılıb.

Son.az ölkə.az-a istinadən xəbər verir ki, aktyor 20 saniyəlik video çarxda çox mürəkkəb fəndi yerinə yetirir. O, çevrilib təpik atmaqla şüşə butulkanın qapağını kənara atır. Amma butulka bu təpikdən yerə düşmür. Yerə düşən, sadəcə, qapaqdır.

Bu trend artıq bir həftədir İnstaqram-da dəbə düşüb. Kənanın bu mürəkkəb hərəkəti yerinə yetirməsi sosial şəbəkə istifadəçiləri tərəfindən bəyənilib.

Qeyd edək ki, rejissor Kənan MM hazırda Bakıda dincəlir. İstirahətini başa vurub Türkiyəyə, "Savaşçı" serialının çəkiliş meydançasına qayıdacaq. O, serialda azərbaycanlı zabit yüzbaşı Bəxtiyar obrazını canlandırır.