Yunus Oğuzun yeni tarixi romanının təqdimatı oldu FOTO


Digərləri 04 İyl 2019 18:12:00 322 0

Yunus Oğuzun yeni tarixi romanının təqdimatı oldu  FOTO

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına ədəbiyyat İnstitutunda yazıçı-publisist, dramaturq, tarixçi-alim Yunus Oğuzun "Səfəvi Şeyxi" adlı tarixi romanının təqdimatı keçirilib.

Son.az Trend-ə istinadən bildirir ki, tədbiri giriş sözü ilə AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Habibbəyli açaraq Yunus Oğuzun çağdaş Azarbaycan ədəbiyyatındakı mövqeyindən danışıb. Onun son illərdə çap olunan tarixi romanlarının ədəbi ictimaiyyətdə doğurduğu əks-səda haqqında fikirlərini bölüşüb. Yeni çap olunan "Səfəvi Şeyxi" adlı tarixi romanın da ədəbiyyatsevərlər tərəfindən maraqla qarşılanacağına ümid etdiyini bildirib.

Sonra AMEA-nin müxbir üzvü Tehran Əlișanoğlu "Yunus Oğuzun romançılığı: tarixdən belletristikaya" mövzusunda məruzə ilə çıxış edib. Ardınca filologiya üzrə fəlsəfə doktorları Nərgiz Cabbarlı, Lalə Hasonova və Elnarə Qaragözova kitab haqqında danışıblar.

Daha sonra Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov, Milli Məclisin deputatı, professor Elman Nəsirov, Azərbaycan Yazıçılar Birliyinin katibi, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid Yunus Oğuzun "Səfəvi Şeyxi" romanının məziyyətlərindən bəhs ediblər.

Vurğulanıb ki, Yunus Oğuzun qəhrəmanları tarixdən gəlsələr də, onların arzuları, ideyaları bu günümüzlə səsləşir. Yazıçı Azərbaycan tarixinin auditoriyaya çatdırılmasında çox uğurlu bir yol seçib. Akademik kitablar tarixi faktlarla yüklü oduğundan onları qavramaq çətin olur. Amma Yunus Oğuzun tarixi romanlarında tarix anlaşıqlı, rəvan bir bədii dillə təqdim olunur. Onun əsərlərində tarixə yeni və fərqli yanaşma var.


Xəbərə aid fotolar