Prokuror oteldə sevgilisini öldürən şəxsə cəza istədi


Kriminal 04 İyl 2019 17:59:00 219 0

Prokuror oteldə sevgilisini öldürən şəxsə cəza istədi

Abşeron rayonunda oteldə sevgilisini öldürməkdə təqsirli bilinən 35 yaşlı Nəriman Əliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Son.az teleqraf.com-a istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rahib Salmanovun sədrliyi ilə baş tutan prosesdə prokuror ittiham nitqi ilə çıxış edib.

Prokuror Nəriman Əliyevin 20 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Proses iyunun 11-də davam etdiriləcək.

İttihama görə, ötən il sentyabrın 23-də Abşeron rayonunun Fatmayı kəndi ərazisindəki "Oskar" otelində Ucar rayon sakini, 21 yaşlı Aysel Orucova bıçaqlanaraq öldürülüb.

İstintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qətli münaqişə zəminində törətməkdə şübhəli bilinən Kürdəmir rayon sakini, əvvəllər qəsdən adam öldürməyə cəhdə görə məhkum olunmuş Nəriman Əliyev saxlanılıb.

Araşdırmalar zamanı məlum olub ki, 21 yaşlı Aysel Orucovanın 35 yaşlı Kürdəmir sakini Nəriman Əliyev tərəfindən qətlə yetirilməsi qısqanclıq zəminində baş verib.

Nərimanla Aysel bir müddət əvvəl tanış olub və onların arasında sevgi münasibəti yaranıb.

Bu müddətdə cütlük bir neçə dəfə görüşüb. Son görü. sentyabrın 23-də Fatmayıdakı oteldə olub.