Brandenburq Texniki Universiteti AzMİU-da laboratoriya açıb (FOTO)


Digərləri 04 İyl 2019 17:42:00 236 0

Brandenburq Texniki Universiteti AzMİU-da laboratoriya açıb (FOTO)

Strateji planlaşdırma şöbəsinin təşəbbüsü ilə Qaz təchizatı laboratoriyası açılıb.

Bakı. Bu gün Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Mühəndis sistemləri və qurğularının tikintisi kafedrasının nəzdində Strateji planlaşdırma şöbəsinin təşəbbüsü ilə Qaz təchizatı laboratoriyası açılıb. AzMİU-dan Trend-ə verilən məlumata görə, Brandenburq Texniki Universiteti tərəfindən hədiyyə olunan laboratoriyanın açılışında AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova, prorektorlar və müəllimlər iştirak edib. Açılış mərasiminə qatılan Brandenburq Texniki Universitetinin nümayəndələri Eduard Voelker və Max Weinberq laboratoriyada quraşdırılan Tavandan soyutma və isitmə qurğusunun iş mexanizmi barədə iştirakçılara məlumat veriblər. Onlar bu qurğunun Azərbaycanda bir ilk olduğunu vurğulayıblar və onun səmərəli tərəflərini izah ediblər.