Paytaxtda mənzildən kişi meyiti tapılıb
Digərləri 04 İyl 2019 16:27:00 192 0
Paytaxtda mənzildən 64 yaşlı kişi meyiti tapılıb.
Bakı.
Paytaxtda mənzildən 64 yaşlı kişi meyiti tapılıb.
Trend-in Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Yasamal rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1955-ci il təvəllüdlü Mərdanov Koroğlu İman oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.
Mənbə: az.trend.az