İrəvanda “qanuni oğru” belə öldürüldü VİDEO


Kriminal 04 İyl 2019 15:57:00 219 0

İrəvanda “qanuni oğru” belə öldürüldü  VİDEO

Xəbər verdiyimiz kimi, erməni "qanuni oğru" Andranik Harutyunyan İrəvanda öldürülüb.

Son.az teleqraf.com-a istinadən xəbər verir ki, kriminal aləmin tanınmış simasının şəxsi münasibətlərində problem olan kriminal avtoritet Andarnik Soqoyanın sifarişi ilə qətlə yetirildiyi bildirilib.

"Zap" ləqəbli Andranik Soqoyan kriminal aləmdə nüfuzu olan şəxslərdən sayılır.

O, ilk dəfə 2007-ci ildə bir erməni iş adamının qətlə yetirilməsi ilə gündəmə gəlmişdi. Müxtəlif ittihamlarla Çexiyada barəsində cinayət işi açılmış Soqoyan 2014-cü ildə İrəvanda həbs edilib, lakin bir il sonra sərbəst buraxılıb.

İlk dəfə deyil ki, Ermənistanda bir "qanuni oğru" öldürülür. 2009-cu ildə tanınmış "qanuni oğru" Marzpetuni Petrosyan Goravan kəndində qətlə yetirilmişdi.