Göyçayda yaralanan 2 gənc Bakıya göndərildi


Digərləri 04 İyl 2019 15:16:00 301 0

Göyçayda yaralanan 2 gənc Bakıya göndərildi

Göyçay rayonunda avtomobilin aşması nəticəsində xəsarət alanlardan ikisi Bakıya gətirilib.

Son.az Trend-ə istinadən xəbər verir ki, hadisə nəticəsində ağır xəsarət alan Abdullayev Salam Əliyar oğlu və Əhmədov Elşən Mehman oğluna Göyçay Rayon Mərkəzi Xəstəxanasında ilkin tibbi yardım göstərilsə də, hər iki xəstə ailə üzvləri tərəfindən Bakıdakı özəl klinikalardan birinə gətirilib. Hadisə nəticəsində xəsarət alan digər yaralı Xudaverdiyev Mehdi Sədiyar oğlu isə Göyçay Rayon Mərkəzi Xəstəxanasında müalicəsini davam etdirir.

Xatırladaq ki, iyulun 3-də Göyçay rayonunun Alpout kəndi ərazisində hərəkətdə olan "VAZ-2106" markalı avtomobil yüksək sürət nəticəsində idarəetmədən çıxaraq aşıb.

Hadisə nəticəsində avtomobildə olan 3 nəfər - rayonun Qaraxıdır kənd sakinləri, 1995-ci il təvəllüdlü Abdullayev Salam Əliyar oğlu, 1995-ci il təvəllüdlü Əhmədov Elşən Mehman oğlu və 1995-ci il təvəllüdlü Xudaverdiyev Mehdi Sədiyar oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Göyçay Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilmişdilər.