2019-cu ilin I yarısında Energetika Nazirliyi tərəfindən 86 icazə verilib


Digərləri 04 İyl 2019 14:50:00 227 0

2019-cu ilin I yarısında Energetika Nazirliyi tərəfindən 86 icazə verilib

2019-cu ilin II rübü üzrə Energetika Nazirliyi tərəfindən ixrac nəzarətinə düşən malların (işlərin, xidmətlərin, əqli fəaliyyətin nəticələrinin) ixracı, idxalı və tranziti üzrə 52 icazə verilib.

Bakı. 2019-cu ilin II rübü üzrə Energetika Nazirliyi tərəfindən ixrac nəzarətinə düşən malların (işlərin, xidmətlərin, əqli fəaliyyətin nəticələrinin) ixracı, idxalı və tranziti üzrə 52 icazə verilib. Nazirlikdən Trend-ə verilən məlumata görə, bu icazələrdən 44-ü ixrac nəzarətinə düşən malların idxalı, 1-i ixrac nəzarətinə düşən malların ixracı, 7-i isə ixrac nəzarətinə düşən malların tranziti ilə bağlı olub. Rüb ərzində 44 icazənin verilməsi 5 saylı “ASAN xidmət” mərkəzi vasitəsilə həyata keçirilib. Ümumilikdə 2019-cu ilin I yarısında Energetika Nazirliyi tərəfindən ixrac nəzarətinə düşən malların ixracı, idxalı və tranziti üzrə 86 icazə verilib. Bunlardan 69-u ixrac nəzarətinə düşən malların idxalı, 2-i ixrac nəzarətinə düşən malların ixracı, 15-i isə ixrac nəzarətinə düşən malların tranziti ilə bağlı olub. 76 icazənin verilməsi “ASAN xidmət” mərkəzi vasitəsilə həyata keçirilib.