Arvadını döyən idmançı yenidən məhkəmədə


Kriminal 04 İyl 2019 14:31:00 226 0

Arvadını döyən idmançı yenidən məhkəmədə

Bakı Apellyasiya Məhkəməsində kikboks millisinin sabiq baş məşqçisi Anar Süleymanovun keçmiş həyat yoldaşı Ş.Məmmədova barəsində xüsusi ittiham qaydasında verdiyi apellyasiya şikayətinə baxılıb.

Son.az oxu.az-a istinadən xəbər verir ki, hakim İlqar Murquzovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, A.Süleymanovun apellyasiya şikayəti təmin edilməyib.

Qeyd edək ki, kikboks üzrə dördqat dünya çempionu, Azərbaycan Kikboks Federasiyasının qızlardan ibarət milli komandanın sabiq baş məşqçisi Anar Süleymanov bu il fevral ayında həbs olunub. O, arvadı Ş.Bayramovanı döyməkdə ittiham edilib.

İttihama görə, idmançı 2018-ci il noyabrın 5-də Nərimanov rayonunda yaşadığı evdə arvadını döyüb. Onun arvadı əvvəllər tələbəsi olub.

Zərərçəkmiş Ş.Bayramova 17-ci Polis Bölməsinə şikayət edib və A.Süleymanov barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci (döymə) maddəsi ilə protokol tərtib olunub. Nərimanov Rayon Məhkəməsinin hakimi Vüsal Qurbanov protokol üzrə qərarını elan edib və A.Süleymanov fevralın 13-dən etibarən 20 gün müddətinə inzibati qaydada həbs olunub. O, daha sonra azadlığa buraxılıb.