"Artıq qadınlar məni istəmir, şikəst adamam"


Digərləri 04 İyl 2019 14:13:00 221 0

"Artıq qadınlar məni istəmir, şikəst adamam"

Ötən il evinin vanna otağında yıxılıb, qabırğasından zədə alan şoumen Mehmet Ali Erbil iki gün əvvəl xəstəxanadan evə buraxılıb.

Son.az axşam.az-a istinadən bildirir ki, hər zaman qadınlarla yaşadığı eşq xəbərləri ilə gündəmə gələn şoumen şikəst qaldığını açıqlayıb.

Ayaqlarında sümük əriməsi olduğunu deyən Erbil "Uzun müddət yerdə yatdığım üçün ayaqlarımda sümüklər əriyir. Yenidən uşaq kimi yeriməyə başlamışam. Artıq masaj üçün həkimlər evə gələcək. Əvvəlki həyatım üçün çox darıxıram. Üzmək istəyirəm. Amma hovuza tullansam, bir daha çıxa bilmərəm.

Qadınlar istəsə, məni ata bilər. Çünki artıq əlil bir insanam. İndi dəyişmişəm, hətta telefon nömrəmi də yenilədim" sözlərini söyləyib.