Tanınmış müğənni ölkədən qovuldu FOTO


Digərləri 04 İyl 2019 14:04:00 260 0

Tanınmış müğənni ölkədən qovuldu  FOTO

Britaniyalı müğənni Cos Ston (Joss Stone) İrandan deportasiya edilib.

Son.az bildirir ki, Mirror-un təcili xəbərinə görə, dünya turnirinə çıxan 32 yaşlı müğənni İslam ölkəsindən qovulub. Şəxsi Instagram hesabına video yükləyən müğənni: "Biz saxlanıldıq, sonra da deportasiya edildik" sözlərini işlədib.

"Qadın müğənni kimi orada konsert verməyin qadağan olduğundan xəbərdar idik", - müğənni post olaraq yazıb.

Onun paylaşdığı videoda başıbağlı olması diqqət çəkib.


Xəbərə aid fotolar