Sərbəst güləşçilərimiz İstanbulda təlim-məşq toplantısına start veriblər


Digərləri 04 İyl 2019 13:24:00 180 0

Sərbəst güləşçilərimiz İstanbulda təlim-məşq toplantısına start veriblər

Azərbaycanın sərbəst güləşçiləri İstanbulda təlim-məşq toplantısına start veriblər.

Bakı. Azərbaycanın sərbəst güləşçiləri İstanbulda təlim-məşq toplantısına start veriblər. Azərbaycan Güləş Federasiyasından Trend-ə verilən məlumata görə, baş məşqçi Saypulla Absaidovun və böyük məşqçi Zəlimxan Hüseynovun rəhbərliyi ilə 14 güləşçi iyulun 10-dək İstanbulda hazırlıq keçəcək. Sonra komandamız iyulun 11-dən 14-dək İstanbulda təşkil olunacaq reytinq xarakterli Yaşar Doğunun xatirə turnirində qüvvəsini sınayacaq.