"Xatunun oğlunu göstərməyim üçün 500 manat təklif etdi"


Şou-biznes 04 İyl 2019 13:18:00 219 0

"Xatunun oğlunu göstərməyim üçün 500 manat təklif etdi"

Aparıcı Elgiz Əkbər "Səhər-səhər" verilişində müğənni Xatun Əliyeva ilə bağlı maraqlı etiraf edib.

Son.az axşam.az-a istinadən bildirir ki, aparıcı üzünü gizlətdiyi oğlunun hər kəsə çox maraqlı olduğunu deyib.

Elgiz bildirib ki, hətta bir yaxını Xatunun övladını göstərməsi üçün ona pul da təklif edib:

"Mənə yaxın bir adam var idi. Zəng etdi ki, Xatunun oğlunun ya fotosunu, ya da videosunu mənə çəkib göndər, 500 manat verərəm. Bizim verilişimizə gəlməliydi. Amma məlum oldu ki, televiziyanın qabağına gəlib, sadəcə yuxarı qalxmayıb. Sənin oğlun ona o qədər maraqlıdır".