"Qardaş"ımızın erməni gəlini Məryəm:


Digərləri 04 İyl 2019 13:00:00 286 0

"Qardaş"ımızın erməni gəlini Məryəm:

Türkiyənin FOX telekanalından İlker Ayrıkın aparıcılığını etdiyi "Yaparsın aşkım" verilişinin dünənki buraxlışı maraqlı məqamları ilə yadda qalıb.

Son.az xəbər verir ki, verilişin evli cütlüklərindən Gürselin həyat yoldaşı Məryəm erməni olduğunu bildirib.

Məryəm Türkiyəyə istirahət məqsədi ilə gələrkən Gürselin ondan xoşu gəldiyini və nəticədə ailə qurduqlarını bildirib. Ermənistanda məşhur aktrisa olduğunu deyən gənc qadın veriliş boyunca türkləri aşağılayan ifadələr işlədib. Türkcə səlis danışan Məryəm əvvəlcə aparıcının ünvanına "Siz türkcə bilmirsiniz?", sonra tamaşaçılara "Burada, deyəsən, heç kim türkcə bilmir" sözlərini deyib. Aparıcı erməni qızının bu ifadələrinə, sadəcə, gülüşlə cavab verib.

Məryəm "Ermənistanda Gürselnən mən Demet Akalın-Okan Kurt cütlüyü kimiyik. Ermənistanda bizə diqqət böyük" açıqlaması ilə diqqət çəkib.

Erməni qızının növbəti atmacası isə daha sərt alınıb:

"Ermənistanda namus çox önəmli. Kimdən qız alırlar, kimə qız verirlər, belə şeylərə bizdə çox önəm verirlər".