İsveçrə Gülnarəyə görə 555 milyonu Özbəkistana qaytarmadı


Dünya 04 İyl 2019 12:51:00 223 0

İsveçrə Gülnarəyə görə 555 milyonu Özbəkistana qaytarmadı

İsveçrə hökuməti mərhum prezident İslam Kərimovun qızı Gülnarənin işi üzrə əlaqəli 555 milyon dolları Özbəkistana geri qaytarmağı dayandırıb.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə hazırda Özbəkistanda Zanqiota koloniyasında saxlanılan Kərimovanın vəkili Qreqoru Manja Tvitter mikrobloqunda məlumat verib. 

"İsveçrənin Federal Cəza Məhkəməsində (1 iyul) üçüncü böyük qələbə. 555 milyon dolların geri qaytarılması dərhal dayandırıldı", - deyə Manja yazıb. 

Onun fikrincə, pul köçürmələrinin dayandırılması Gülnarənin koloniyada səhhətinin pisləşməsi ilə əlaqədardır. 

Özbəkistanın rəsmi şəxsləri, hələ ki, bu informasiyanı şərh etməyiblər.