Şəmkirdə qardaş qardaşı güllələdi


Kriminal 04 İyl 2019 12:42:00 225 0

Şəmkirdə qardaş qardaşı güllələdi

"102-Zəng Mərkəzi" Xidmətinə iyulun 3-də Şəmkir rayonunun Qarabağlılar kəndi ərazisində bir nəfərin odlu silahla açılmış atəşdən xəsarət alması barədə müraciət daxil olub.

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətindən Son.az-a verilən məlumata görə, müraciətlə əlaqədar dərhal Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşları hadisə yerinə gəliblər.

Araşdırmalarla kəndin əkin sahəsində E.Məmmədovun münaqişə zəminində tüfəngdən atəş açaraq qardaşı R.Məmmədovun qol nahiyəsinə xəsarət yetirməsi müəyyən edilib.

E.Məmmədov polis əməkdaşları tərəfindən saxlanılıb, müvafiq sənədləri olmayan "TOZ-16" markalı ov tüfəngi ondan götürülüb.