Müəllimlərin işə qəbulu üzrə imtahanların vaxtı açıqlandı


Digərləri 04 İyl 2019 12:33:00 205 0

Müəllimlərin işə qəbulu üzrə imtahanların vaxtı açıqlandı

Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqəyə elektron sənəd qəbulu başa çatıb.

Nazirliyin mətbuat xidmətindən Son.az-a verilən məlumata görə, 24 iyu-3 iyul tarixlərində miq.edu.az saytı vasitəsilə aparılan elektron sənəd qəbulu zamanı 54 687 namizəd qeydiyyatdan keçib.

Elektron ərizələrdəki göstəricilər araşdırıldıqdan sonra 52 638 namizədin ərizəsi qəbul olunub.

İyulun 4-də müsabiqənin test imtahanı mərhələsində iştirak hüququ qazanmış namizədlərin şəxsi səhifələrinə imtahanların tarixi və keçiriləcəyi yer barədə məlumat göndəriləcək.