Qadın bətnində ölən körpəni doğub,


Dünya 04 İyl 2019 12:15:00 188 0

Qadın bətnində ölən körpəni doğub,

26 yaşlı hamilə qadın toyda döyülüb.

Son.az xarici mətbuata istinadla xəbər verir ki, toyda vəhşicəsinə döyüldüyünə görə uşağını düşürən qadın ölü doğulan körpəsini götürərək polisə gedib.

Toyda DJ-in seçdiyi mahnıya görə yaranan mübahisə zamanı 6 kişi tərəfindən qarnından təpiklənən qadın uşağını düşürüb.

Qadın ölü doğduğu körpəsini də götürərək Etahdakı polis idarəsinə gəlib. Tavasum adlı qadının iddiasına görə, onu döyənlərin hamısı qohumlarıdır. Qadın onu döyənlərdən polisə şikayət ərizəsi yazaraq, sübut kimi də körpəsinin cansız bədənini göstərib.