Kinoteatrda qorxu filminə baxan kişi qorxudan öldü FOTO


Dünya 04 İyl 2019 12:06:00 240 0

Kinoteatrda qorxu filminə baxan kişi qorxudan öldü  FOTO

Kinozalda qorxu filminə baxan yaşlı kişi ölüb.

Son.az xarici mətbuata istinadla xəbər verir ki, Taylandda sinemada "Anabelin lənəti 3" filminə baxan britaniyalı təqaüdçü nümayiş əsnasında keçinib.

Taylanddakı ticarət mərkəzində yerləşən kinoteatrda "Annabelle Comes Home" trillerinə baxan 77 yaşlı Bernard Channing-in öldüyünü digər tamaşaçılar işıqlar yandıqdan sonra biliblər.

Hadisə axşam saat 8-də baş verib. Hər kəsin salonu tərk etdiyi halda kişinin tərpənmədiyini görən qadın vəziyyətdən şübhələnərək kinoteatr işçilərini çağırıb.


Xəbərə aid fotolar