ParisMilan dəmir yolunda hərəkət bir neçə həftəlik dayandırıldı


Dünya 04 İyl 2019 11:52:00 209 0

ParisMilan dəmir yolunda hərəkət bir neçə həftəlik dayandırıldı

Paris-Milan dəmir yolunda qatarların hərəkəti bir neçə həftəlik dayandırılıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, buna səbəb Fransanın Savoya departamentində dəmir yolunda torpaq sürüşməsi olub.

Həmin marşrut üzrə hərəkətin dəqiq nə zaman bərpa olunacağı məlum deyil. Hazırda bölgədə yeni sürüşmə riskinin olub-olmaması araşdırılır.