Bakıda ağır qəza - "Mercedes" ağaclığa çırpıldı


Digərləri 04 İyl 2019 11:30:42 221 0

Bakıda ağır qəza - "Mercedes" ağaclığa çırpıldı

Bakıda səhər saatlarında ağır yol-nəqliyyat hadisəsi baş verib.

Bakı. Ceyhun Ələkbərov - Bakıda səhər saatlarında ağır yol-nəqliyyat hadisəsi baş verib. Trend-in məlumatına görə, qəza Qala qəsəbəsində qeydə alınıb. "Mercedes" markalı avtomobil idarəetməni itirərək yol kənarındakı ağaclığa çırpılıb. Avtomobildə sıxılıb qalan 1968-ci il təvəllüdlü Ağakişiyev Etibar Fariz oğlu yaxınlıqdakı insanların köməyi ilə maşından çıxarılıb. İlkin yardım göstərildikdən sonra o, hadisə yerinə cəlb olunan Təcili Tibbi Yardım briqadası ilə 3 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıb. Xəstəxanadan verilən məlumata görə, E.Ağakişiyevə sifətin və döş qəfəsinin əziyi, sağ dirsəyin cırılması diaqnozu qoyulub.