Azər Türk Bank "Hədiyyələr bitmir" kampaniyasına başlayır


Digərləri 04 İyl 2019 11:20:00 301 0

Azər Türk Bank "Hədiyyələr bitmir" kampaniyasına başlayır

2019-cu il iyul ayının 11-də dövlət bankı Azər Türk Bankın fəaliyyətinin 24 ili tamam olur. Bununla əlaqədar olaraq, Bank "Hədiyyələr bitmir" adlı  kampaniyaya start verir.

1 iyul - 31 avqust tarixləri arası davam edəcək kampaniya çərçivəsində "İstehlak" krediti əldə etmək istəyən şəxslər üçün sərfəli təkliflər olunur. Belə ki, 12, 24 və 36 ay müddətinə rəsmiləşdirilən bu kreditlərin illik faiz dərəcəsinə 3%-dək endirim tətbiq edilir. Məsələn, kampaniya ərzində 12 ay müddətinə götürülən kreditlər üzrə faizlər, adi halda olduğu kimi illik 19% deyil, 17%-lə hesablanacaqdır. 

Kreditin müddəti

Kampaniya üzrə faiz dərəcəsi

12 ay

17%

24 ay

20%

36 ay